Xəbər axtarın

Son axtarış nəticələri:

Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitinə qatılmaqdan imtina edib

11.05.2026 16:29

Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitinə qatılmaqdan imtina edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının 28-29 may tarixlərində keçiriləcək sammitində iştirak etməyəcək.

Primeinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Paşinyan özü bildirib.

O, artıq bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi məlumatlandırdığını deyib.

Paşinyan 9 may paradında olduğu kimi, bu dəfə də seçkiqabağı kampaniya ilə məşğul olacağını əsas gətirib.

Paylaş: