
Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub.
Primeinfo.az “Habertürk”ə istinadən xəbər verir ki, 52 yaşlı iş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında Antalyadakı yanacaqdoldurma ofisində güllələnib.
Məlumata görə, o, ağır yaralanıb. Xəstəxanaya aparılan yaralı ilkin müalicədən sonra əməliyyat olunub. Onun səhhəti kritik olaraq qalır.
Hadisədən sonra Antalya valisi Hulusi Şahin də xəstəxanaya gedərək Çavuşoğlunun səhhətinin vəziyyəti ilə bağlı məlumat alıb. Mövlud Çavuşoğlunun hazırda xaricdə olduğu, olayla bağlı məlumatlandırıldığı və şəhərə dönəcəyi bildirilir.
Təhlükəsizlik qüvvələri hadisənin baş verdiyi ofis və yanacaqdoldurma məntəqəsində araşdırma aparır.

