Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı bu gün səhər saatlarında Biləcəri Dəmiryol Stansiyasına çatıb. Primeinfo.az xəbər verir ki, daha sonra Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb. Qatar artıq Biləcəri stansiyasından yola düşüb.
“Ermənistan silah-sursat almaq əvəzinə, Zəngəzur dəhlizinin açılışına pul xərcləsin. Azərbaycana vurduqları mənəvi və fiziki zərərə görə kompensasiyanı ödəsin. Silahı neynir ki?
“Ermənistan bu gün Türkiyə ilə Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazırdır”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. “Biz artıq bu gün Türkiyədən Marqara və Xndzoresk vasitəsilə Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzitini təmin etməyə hazırıq”, – o qeyd edib.
“Ermənilərin Qarabağa qayıtması gündəliyini təhlükəli hesab edirəm”.
Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası davam etdirilib.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 31-də davam etdirilib. Primeinfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub. İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
“Məqsədimiz sülhü qazanmaq idi. Biz həmçinin ABŞ administrasiyasına, Prezident Trampa və onun bütün komandasına sülh prosesini irəlilətmək üçün siyasi dəstək verdiyinə görə minnətdarıq”.
ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Kanafava prefekturasında yerləşən “USS George Washington” aviadaşıyıcısında amerikalı hərbçilər qarşısında çıxış edib.
“Ermənistan və Azərbaycan artıq sülh müqaviləsini paraflayıb. Hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün ciddi səylər göstərir”.
“İstisna etmirəm ki, hansısa beynəlxalq formatlar çərçivəsində mən də Azərbaycana gedə bilərəm”. Primeinfo.az xəbər verir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Amma buna qədər müzakirə edilməli olan məsələlər var”, – deyən A.Simonyan Bakıda mühakimə olunan erməniləri misal göstərib.