TƏCİLİ! Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı
Ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir.
Ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir.
Xarici İşlər Nazirliyi Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti barədə məlumat yayıb.
İyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi vurulub. Türkiyədən Rostov-Dona taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmilərinə pilotsuz uçuş aparatları ilə hücum edilib.