Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib - FOTO

05.06.2026 19:58

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib - FOTO

Bakı Zooloji Parkında biomüxtəlifliyin qorunması istiqamətində sevindirici və mühüm bir hadisə qeydə alınıb.

Primeinfo.az xəbər verir ki, nəsli kəsilmək təhlükəsi altında olan Amur pələnginin iki balası dünyaya gəlib.

Amur pələngi öz yarımnövləri içərisində böyüklüyünə görə birincidir. O, qütb və qonur ayıdan sonra quruda yaşayan üçüncü ən böyük yırtıcı hesab olunur. Təbii arealı əsasən Uzaq Şərqi və Çini əhatə edir. Hazırda bu növ Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) “Qırmızı siyahı”sına və Rusiya Federasiyasının “Qırmızı Kitab”ına daxil edilib.

Qeyd edək ki, Bakı Zooloji Parkı təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır. Parkın əsas məqsədi Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş, sayı azalan və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növlərinin qorunub saxlanılması, onların çoxaldılması və yenidən təbiətə buraxılmasıdır.

Belə ki, Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan nəcib maral və ceyranların, həmçinin Dağıstan turunun və Hindistan tirəndazının Zooloji Parkın ərazisində sayı artırılaraq yenidən təbii areallarına qaytarılıb.

Paylaş: