İyunun 5-də gecə saatlarında Azov dənizində vurulan gəmidə olan 5 azərbaycanlıdan biri – 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyev Zaqatala rayonu, Aşağı Tala kənd sakinidir. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, M.Əliyev bir neçə il əvvəl Zaqatala rayonundan Rusiyaya – atasının yanına köçüb. O, həmin vaxtdan etibarən gəmidə işləyirmiş.
“Hər şey yaxşıdır. Valideynlərim narahat olmasın”.
Beliz və Palau bayraqları altında üzən və Türkiyədən Rostov-Don limanına gedən “Natra” və “Zirkon” gəmilərinə iyunun 5-də səhər saatlarında Azov dənizində hücum edilib.
Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlardan ikisinin şəxsiyyəti məlum olub. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar. Qismət Əliyevin gəmidə böyük mexanik, Fuad Orucovun isə kapitan olduğu bildirilib.