Xəbər axtarın

Son axtarış nəticələri:

7 körpənin öldüyü mərkəzin baş direktoru həbs olundu

04.06.2026 15:59

7 körpənin öldüyü mərkəzin baş direktoru həbs olundu

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi baş tutub.

Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyeva son söz deyib.

O, məhkəmənin ədalətli qərar verəcəyinə inandığını qeyd edib.

Daha sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən qayıdan hakim heyəti hökmü elan edib.

Hökmə əsasən, təqsirləndirilən Mehriban Abasquliyeva 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

O məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib. (APA)

Paylaş: