Xəbər axtarın

Son axtarış nəticələri:

Qarsda tarixi anlar: Türkiyə-Ermənistan sərhədindən ilk avtobus keçdi - VİDEO

04.06.2026 15:47

Qarsda tarixi anlar: Türkiyə-Ermənistan sərhədindən ilk avtobus keçdi - VİDEO

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesində tarixi məqam yaşanıb.

Primeinfo.az xəbər verir ki, Türkiyənin Qars şəhərində keçirilən regional forum çərçivəsində Ermənistan nümayəndə heyətini daşıyan sərnişin avtobusları uzun müddətdir bağlı olan sərhədi keçərək, birbaşa Qarsa giriblər.

Bu – forumun ən çox müzakirə edilən hadisəsi olmaqla yanaşı, iki ölkə arasında ticarət və logistika şəbəkələrinin inkişafını göstərib.

Qars Ticarət və Sənaye Palatası və yerli biznes adamları Ermənistandan olan nümayəndələri çox isti qarşılayıblar.

Xatırladaq ki, Ermənistan və Türkiyə iş adamları Qars şəhərində görüş keçirib. Görüşdə nəqliyyat, logistika, turizm və ticarət sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Görüş Qars Ticarət və Sənaye Palatasının (KATSO) təşəbbüsü, eləcə də Ermənistan və Türkiyə xarici işlər nazirliklərinin və Türkiyə Ticarət Palataları və Birjaları Birliyinin (TOBB) dəstəyi ilə baş tutub.

Paylaş: