Xəbər axtarın

Son axtarış nəticələri:

Kobaxidzedən Rubioya SƏRT CAVAB

04.06.2026 19:20

Kobaxidzedən Rubioya SƏRT CAVAB

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibi Marko Rubionun Tbilisinin “davranışını dəyişməsinin zəruriliyi” ilə bağlı fikirlərinə sərt reaksiya verib.

Primeinfo.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Hökumət başçısı belə ritorikanın suveren dövlətə münasibətdə qəbuledilməz olduğunu bildirib.

“Gürcüstan məktəbli deyil ki, kimsə onu sinifdə saxlasın və düzəlməsini tələb etsin”, – deyə Kobaxidze vurğulayıb.

Baş nazir əlavə edib ki, ölkə müstəqil siyasət yürüdür və himayədar tonda danışığı qəbul etməyəcək.

Paylaş: