Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan millisi Vətənə qayıdıb. Primeinfo.az xəbər verir ki, tarixində ikinci dəfə Avropa çempionu adını qazanaraq qızıl medalla ölkəmizə dönən yığma Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıb. Qarşılanma mərasimində azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, futbolçuların yaxınları və media nümayəndələri iştirak ediblər.
Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması ilə əlaqədar Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib.
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbrik edib.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub. Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukraynanı məğlub edib. “Tipos Arena”da keçirilən oyun 2:0 hesabı ilə bitib.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirib. Primeinfo.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda yarımfinalda Serbiya seçməsi ilə qarşılaşıb. “Tipos Arena”da oynanılan görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb. Primeinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib. “Tipos Arena”da keçirilən qarşılaşma 3:2 hesabı ilə bitib.