Xəbər axtarın

Son axtarış nəticələri:

Gəmidə həlak olan azərbaycanlı AİLƏNİN TƏK OĞLU İMİŞ

05.06.2026 17:51

Gəmidə həlak olan azərbaycanlı AİLƏNİN TƏK OĞLU İMİŞ

İyunun 5-də gecə saatlarında Azov dənizində vurulan gəmidə olan 5 azərbaycanlıdan biri – 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Əliyev Zaqatala rayonu, Aşağı Tala kənd sakinidir.

Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, M.Əliyev bir neçə il əvvəl Zaqatala rayonundan Rusiyaya – atasının yanına köçüb. O, həmin vaxtdan etibarən gəmidə işləyirmiş. Gəmidə kapitanın 2-ci köməkçisi kimi çalışırmış. Ailəli olub, bir azyaşlı oğlu qalıb. M.Əliyevin özü ailənin yeganə oğul övladı imiş. Ailənin bir oğlu, bir qızı olub. M.Əliyevin atası İ.Əliyev isə uzun müddətdir Rusiyada yaşayır, xırda sahibkarlıqla məşğuldur.

Paylaş: