Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin bazar günü səhər saatlarında İran tərəfindən həyata keçirildiyi bildirilən bir neçə raket və pilotsuz uçuş aparatı hücumunu zərərsizləşdirdiyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Qatar News Agency-i məlumat yayıb , rəsmi bəyanatda İranın raket və pilotsuz aparatlarla Bəhreyndə mülki əhalini hədəf aldığı iddia olunub. Vətəndaşlara və ölkə sakinlərinə hücumlar nəticəsində qalan naməlum əşyalara yaxınlaşmamaq, onlara toxunmamaq və bu cür halları dərhal aidiyyəti qurumlara bildirmək tövsiyə edilib.
Yaxın Şərqdə gərginlik ən pik nöqtəyə çatıb və regionda böyük müharibə alovlanmaqdadır. Primeinfo.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveyt və Bəhreyndə yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə yeni və güclü zərbələr endirdiyini rəsmən bəyan edib. Tehranın yaydığı rəsmi məlumata görə, həyata keçirilən irimiqyaslı hava hücumu nəticəsində Amerikanın Küveytdəki hərbi obyektlərində quraşdırılmış “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemləri, silah-sursat anbarları və radiolokasiya stansiyaları hədəf alınıb.
Bəhreynin Mühərrək vilayətində İran tərəfindən endirilən zərbə nəticəsində yaşayış binasına ziyan dəyib. Primeinfo.az xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasında bildirilib ki, İranın hücumu nəticəsində Mühərrək vilayətində yerləşən yaşayış binası zədələnib.
ABŞ dövlət katibi Marko Rubio gələn həftə bir neçə Yaxın Şərq ölkəsinə işgüzar səfər etməyi planlaşdırır. Primeinfo.az xəbər verir ki, məlumatı Axios müxbiri Barak Ravid öz mənbələrinə istinadən X-də yazıb: “Rubio gələn həftə Yaxın Şərqə səfər etməyi planlaşdırır: hazırda iki mənbəyə görə, marşruta Küveyt, BƏƏ və Bəhreyn daxildir”.
ABŞ ordusu İranın Küveyt və Bəhreynə atdığı bir neçə ballistik raketi vurub. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “İran, CENTCOM-un Hörmüz boğazına doğru atılan dörd İran dronunu vurmasından bir neçə saat sonra Küveyt və Bəhreynə yeddi ballistik raket atıb.
Bəhreyn vətəndaşlarının İran və İraqa səfər etməsini növbəti xəbərdarlığa qədər qadağan edib. Primeinfo.az xəbər verir ki, bu barədə Bəhreyn Daxili İşlər Nazirliyi məlumat yayıb. Qərara səbəb olaraq, “təhlüksəziliklə bağlı vəziyyətdə davam edən gərginliklər” göstərilib.
Burada çıxış etmək mənim üçün çox xoşdur. Primeinfo.az xəbər verir ki, bu sözləri Bəhreynin mənzil və şəhərsalma naziri Amna bin Ahmed Al Rumaihi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Qadınlar Assambleyasının açılış sessiyasında deyib. O, WUF13-ün böyük tədbir olduğunu bildirib: “Bu tədbir qadınların və ailələrin inkişafı üçün önəmlidir.
Bu gün İraq səfirliyinin müvəqqəti işlər vəkili Bəhreyn Xarici İşlər Nazirliyinə çağırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Bəhreyn Xəbər Agentliyi məlumat yayıb. Məlumata görə, Bəhreyn Xarici İşlər Nazirliyi İraq ərazisindən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrə qarşı həyata keçirilən “zərərli dron hücumlarını” kəskin şəkildə pisləyib.
ABŞ Bəhreyndəki vətəndaşlarını sığınacaqlara getməyə və növbəti xəbərdarlığa qədər oradan çıxmamağa çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bəhreynin hava hücumundan müdafiə sistemləri regional qarşıdurmanın başlanğıcından bəri İrandan atılan 95 raket və 164 dronu hava məkanında zərərsizləşdirib. Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə krallığın Müdafiə Nazirliyi açıqlama verib. “İranın hücumları başlayandan bəri ölkənin hava hücumundan müdafiə sistemləri 95 raketi və 164 PUA-nı ələ keçirib və məhv edib”, – nazirliyin açıqlamasında qeyd olunur.