Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: beynəlxalq konfrans

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər - FOTO

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər - FOTO

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarının Laçına səfəri başlayıb. Primeinfo.az xəbər verir ki,səfər zamanı nümayəndə heyətinin üzvləri ilk olaraq Laçın şəhərindəki Seyrəngaha gəlib. Qonaqlar buradan Laçın şəhərinə açılan mənzərəni seyr edib, xatirə fotoları çəkdiriblər.

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb - FOTO

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb - FOTO

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində Gülüstan sarayında “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV Beynəlxalq Konfrans işə başlayıb.

Prezident beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO - YENİLƏNİB

Prezident beynəlxalq konfransların iştirakçılarını qəbul edib - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub - FOTO

Bakıda təşkil edilən beynəlxalq konfransda medianın dekolonizasiya prosesində rolu diqqət mərkəzində olub - FOTO

İyulun 11-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Media və dekolonizasiya: Yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçirilib. Primeinfo.az xəbər verir ki, Azərbaycanda ilk dəfə təşkil olunan bu konfrans müstəmləkə ərazilərini təmsil edən xarici media nümayəndələri ilə yerli jurnalistlərin iştirakı və interaktiv müzakirələr formatında keçirilib. Konfransda keçmiş və mövcud müstəmləkə ərazilərini təmsil edən media qurumlarının rəhbərləri, xarici media nümayəndələri, siyasi şərhçilər, diaspor təşkilatlarının təmsilçiləri, media və kommunikasiya üzrə ekspertlər, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tədqiqatçılar, diplomatlar, dövlət qurumlarının təmsilçiləri və yerli media nümayəndələri iştirak ediblər.

"Media və dekolonizasiya": Bakıda beynəlxalq konfrans keçiriləcək

"Media və dekolonizasiya": Bakıda beynəlxalq konfrans keçiriləcək

Bakıda iyulun 11-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı (BTQ) ilə “Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Primeinfo.az-a BTQ-dən məlumat verilib. Bildirilib ki, müstəmləkə ərazilərini təmsil edən media nümayəndələrinin iştirakı ilə Azərbaycanda təşkil olunan ilk belə platforma olan konfrans həmin ərazilərdən olan jurnalistlərlə yerli media nümayəndələri arasında interaktiv formada keçiriləcək.

Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilib - FOTO

Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilib - FOTO

Aprelin 14-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Azərbaycanın regional təhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələrin onun artan rolunu aydın şəkildə nümayiş etdirdiyini deyib. O bildirib ki, ölkəmizin AQEM-ə sədrliyi çərçivəsində qarşılıqlı etimadın gücləndirilməsi xüsusilə əhəmiyyətlidir.