2016-cı il iyulun 15-də Türkiyə dövlətinin ən həssas qurumlarına sızmış xain şəbəkə konstitusion quruluşu devirməyə və ölkəmizi xaosa sürükləməyə cəhd göstərdi.
Bu gün Türkiyədə 15 iyul 2016-cı il tarixində FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdinin qarşısının alınmasının onuncu ildönümünü qeyd olunur. Primeinfo.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi çevriliş cəhdinin ertəsi günü 15 iyul tarixini “Demokratiya və Milli Birlik Günü” kimi təsis edib və bu gün hər il ölkə üzrə anım tədbirləri ilə qeyd edilir. Ölkənin hər yerində 2016-cı il iyulun 15-də baş vermiş hərbi cinayətin ildönümü ilə bağlı tədbirlər, şəhidlərin anma mərasimləri planlaşdırılıb.