Azərbaycan və Latviya ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs “X” hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair bildirib. “Azərbaycan Prezidenti İlham Əliyevlə çox mehriban və əhəmiyyətli müzakirələr baş tutdu.
Cənab Prezident, Sizi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edirəm. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq.
Bizim çox səmərəli, nəticəyönümlü və gələcəkyönümlü müzakirələrimiz oldu. Primeinfo.az xəbər verir ki, bunu aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib. Ölkəsinin Azərbaycanla strateji tərəfdaş olduğunu qeyd edən Latviya Prezidenti bildirib ki, bu gün Bakıda keçiriləcək biznes forum Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa təkan verəcək.