
“İran artıq özbaşına deyil və proksiyə olub. İran hazırda Rusiyanın, Çinin, Avropanın, hətta Vatikanın əlində alətə çevrilib. “Anti-Tramp koalisiyası” o qədər güclənib ki, onlar İrana açıq və ya gizli şəkildə dəstək verməyə başlayıblar. Faktiki olaraq hazırda Tehrana danışıqlara getməyə imkan vermirlər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Burada Çinin maraqları ondan ibarətdir ki, bu savaş bir qədər də uzansın və Trampın Çinə səfəri zamanı Pekin bu məsələni bazarlıq predmetinə çevirsin”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: