Azərbaycan və Latviya ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviçs “X” hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair bildirib. “Azərbaycan Prezidenti İlham Əliyevlə çox mehriban və əhəmiyyətli müzakirələr baş tutdu.
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Cənab Prezident, Sizi və Azərbaycan xalqını artıq paraflanmış sülh sazişi ilə bağlı təbrik edirəm. Ümid edirik ki, sülh sazişi tezliklə imzalanacaq. Bu, təkcə region üçün deyil, bütün dünya üçün əhəmiyyətli hadisə olacaq.
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.
Bizim çox səmərəli, nəticəyönümlü və gələcəkyönümlü müzakirələrimiz oldu. Primeinfo.az xəbər verir ki, bunu aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib. Ölkəsinin Azərbaycanla strateji tərəfdaş olduğunu qeyd edən Latviya Prezidenti bildirib ki, bu gün Bakıda keçiriləcək biznes forum Latviya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa təkan verəcək.
Prezident: “Azərbaycan-Ermənistan nümayəndələrinin səfərləri normal mühitin bərqərar edilməsinə töhfə verir”