Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Müdafiə Nazirliyi

Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb - FOTO

Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb - FOTO

Cari tədris ilinin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında keçirilən atıcılıq üzrə birincilik başa çatıb. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Tədbirin başa çatması münasibətilə keçirilən bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MN ilə Hərbi Prokurorluq arasında ANLAŞMA MEMORANDUMU - FOTO

MN ilə Hərbi Prokurorluq arasında ANLAŞMA MEMORANDUMU - FOTO

Aprelin 24-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini ədliyyə polkovniki Elmir Süleymanlı ilə görüşüb.  Primeinfo.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sistemində həyata keçirilən uğurlu islahatlardan və tətbiq edilən yeniliklərdən danışılıb. Bildirilib ki, aparılan islahatlar hərbi təhsil sisteminin müasir standartlara uyğunlaşdırılması, hərbi təhsilin cəlbediciliyinin və ordumuzun peşəkarlıq səviyyəsinin artırılmasında mühüm rol oynayır.

Azərbaycan və Gürcüstanın hərbi hüquqşünasları görüşüb - FOTO

Azərbaycan və Gürcüstanın hərbi hüquqşünasları görüşüb - FOTO

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar görüşü keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Görüşdə hüquq xidmətinin təşkili, hərbi qanunvericilik və hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qazanılan təcrübəyə dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub - FOTO

XTQ-nin Aprel şəhidlərinin xatirəsi ehtiramla yad olunub - FOTO

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) “N” hərbi hissəsində 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümü və Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda mübarizədə canlarından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib. XTQ komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Ələkbər Cahangirov tədbirdə çıxış edərək 2016-cı ilin Aprel döyüşlərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan növbəti qələbələrin – Günnüt əməliyyatı, Tovuz döyüşləri, Vətən müharibəsi və antiterror əməliyyatını, bütövlükdə Şanlı Zəfərimizin başlanğıcı olduğunu qeyd edib.

MN azad edilən ərazilərdə tikilən təlim mərkəzi və hərbi hissədə olub - FOTO

MN azad edilən ərazilərdə tikilən təlim mərkəzi və hərbi hissədə olub - FOTO

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbi infrasturktur obyektlərinin inşası və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən məlumata görə, MN-in rəhbər heyəti azad edilmiş ərazilərdə əsaslı təmir olunan və yeni inşa olunan təlim mərkəzi və hərbi hissələrdə görülən işlərlə tanış olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib ki, keyfiyyətli tikinti materialları ilə inşa edilən yeni hərbi obyektlərdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsi daima prioritetdə saxlanılır və xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili üçün zəruri imkanlar yaradılır.