Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Müdafiə Nazirliyi (MN)

Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri - FOTO

Azərbaycan Ordusunda gənc zabitlərlə nümayiş məşğələləri - FOTO

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Zabit ixtisas kursunun dinləyiciləri ilə nümayiş məşğələləri keçirilib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, plana uyğun olaraq dinləyicilərlə atəş, kəşfiyyat, mühəndis, artilleriya hazırlığı, döyüş maşınlarının sürülməsi, eləcə də digər ixtisas fənləri üzrə məşğələlər təşkil olunub.

MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib - FOTO - VİDEO

MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib - FOTO - VİDEO

26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 108-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti və digər vəzifəli şəxsləri Ümummilli Lider Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət edib. Primeinfo.az xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin abidəsi önünə gül çələngi qoyub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirib. Nazirliyin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək, üzərinə tər qızılgüllər düzüb, ruhuna ehtiram göstərib.

Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestri Bakıda konsertdə çıxış etdi - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestri Bakıda konsertdə çıxış etdi - FOTO

Ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestri Milli Müdafiə Universitetinin  tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən konsertdə çıxış edib.  Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni və Türkiyə Respublikasının İstiqlal marşı səsləndirilib.

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təbrikdə deyilir: Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

Müdafiə naziri: "Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır"

Müdafiə naziri: "Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü orduları sırasındadır"

Azərbaycan Ordusu maddi texniki təminatına, silah arsenalına, texnologiyalarına və peşəkarlığına görə regionun ən güclü orduları sırasındadır. Primeinfo.az xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun növbəti buraxılış mərasimində deyib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoyub: “Ali Baş Komandanın “Bizim ordumuz bizim qürurumuzdur” fikirləri öz təsdiqini tapmış danılmaz reallıqdır.

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi  - FOTO - VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutda növbəti buraxılış mərasimi  - FOTO - VİDEO

  İyunun 25-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Fakultəsinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Primeinfo.az xəbər verir ki, mərasimdə Müdafiə nazirliyinin rəhbərliyi, hərbi təhsil müəssisələrinin şəxsi heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə Kompleksi ziyarət olunub, qarşısına güllər düzülərək xatirələri dərin hörmətlə yad edilib.