Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Müdafiə Nazirliyi (MN)

Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb - FOTO

Azərbaycan HDQ komandanı Pakistan nümayəndə heyəti ilə görüşüb - FOTO

Pakistan İslam Respublikası Milli Müdafiə Universitetinin rəhbər heyəti və “Milli Təhlükəsizlik və Müharibə kursu-26″nın dinləyici və professor-müəllim heyətinin ölkəmizə səfəri davam edir. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, səfər çərçivəsində qonaqlar Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət ediblər. Burada nümayəndə heyəti ilə Azərbaycan HDQ komandanı kontr-admiral Şahin Məmmədov görüşüb.

Azərbaycanla Qırğızıstan hərbçiləri əməliyyatların planlaşdırılmasını müzakirə etdi - FOTO

Azərbaycanla Qırğızıstan hərbçiləri əməliyyatların planlaşdırılmasını müzakirə etdi - FOTO

Azərbaycan və Qırğızıstan Müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən, bu ölkənin hərbi nümayəndə heyəti ölkəmizə səfər edib. Bu barədə Primeinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin nümayəndələri qonaqlarla görüş zamanı baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, əməliyyatların planlaşdırılması sahəsində görülən işlərə dair brifinq təqdim ediblər.

Partlayış səsləri olacaq - Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

Partlayış səsləri olacaq - Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ

22-25 iyun tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.

Müdafiə Nazirliyinin Tibb İdarəsində müşavirə keçirilib - FOTO

Müdafiə Nazirliyinin Tibb İdarəsində müşavirə keçirilib - FOTO

Müdafiə Nazirliyinin təşəbbüsü ilə Tibb İdarəsində hərbi, hüquq-mühafizə və digər müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müşavirə keçirilib. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan ilə Türkiyə hərbi logistika sahəsində əməkdaşlığı inkişaf etdirir - FOTO

Azərbaycan ilə Türkiyə hərbi logistika sahəsində əməkdaşlığı inkişaf etdirir - FOTO

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası”nın Protokoluna əsasən, ölkələrimiz arasında hərbi logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Logistika Baş İdarəsində tədbir keçirilib.

Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib - FOTO

Kərim Vəliyev MDB Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib - FOTO

Qazaxıstan Respublikasında işgüzar səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 18-də Astana şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib. Müdafiə Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, iclasdan əvvəl nümayəndə heyətlərinin rəhbərləri “Vətən Müdafiəçiləri” abidəsini ziyarət edərək abidənin önünə əklil qoyub, qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Komitənin növbəti iclasında MDB məkanında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, sülhün və təhlükəsizliyin təmin olunması, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda - FOTO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstanda - FOTO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasında işgüzar səfərdədir. Primeinfo.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyev Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Kanış Abubakirov ilə görüş keçirib.

Partlayış səslərindən təşvişə düşməyin - MN-dən əhaliyə ÇAĞIRIŞ

Partlayış səslərindən təşvişə düşməyin - MN-dən əhaliyə ÇAĞIRIŞ

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla 17-19 iyun tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək. Primeinfo.az-a bu barədə Müdafiə Nazirliyindən bildirilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.