Pakistan və Əfqanıstan nümayəndə heyətləri gələn həftə sonu Türkiyədə danışıqları davam etdirəcək. Primeinfo.az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif deyib. “Oktyabrın 25-də İstanbulda nümayəndə heyətləri yenidən görüşəcək və biz bütün detalları müzakirə edəcəyik”, – Asif bildirib.
Pakistan və Əfqanıstan arasında Dohada keçirilən danışıqlar zamanı dərhal atəşkəsin elan olunması barədə razılıq əldə edilib. Primeinfo.az xəbər verir ki, bu barədə bəyanat Qətər Xarici İşlər Nazirliyinin “X” hesabında yer alıb. “Danışıqlar zamanı tərəflər dərhal atəşkəs barədə razılığa gəliblər”, – bəyanatda qeyd olunur.
“Tehran son qanlı sərhəd toqquşmalarından sonra Pakistan və Əfqanıstan arasında vasitəçilik etməyə hazırdır”.
Pakistanın şimalında 5,5 maqnitudalı zəlzələ baş verib. Primeinfo.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Geoloji Xidməti (USGS) məlumat yayıb. Zəlzələ Əfqanıstanın Xandud yaşayış məntəqəsindən 43,6 kilometr cənub-şərqdə qeydə alınıb.
Pakistan və Əfqanıstan Talibanı 48 saatlıq atəşkəs barədə razılığa gəlib. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib. “Talibanın tələbi və qarşılıqlı razılıq əsasında Pakistanla Əfqanıstan bu axşam saat 18:00-dan etibarən 48 saatlıq müvəqqəti atəşkəs haqqında razılığa gəlib” – deyə, vurğulanıb.
Əfqanıstan hərbçiləri Pakistan sərhədində mövqelərinə hücum ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Pakistanın təhlükəsizlik mənbələri məlumat yayıb.
Pakistanda Federal Polis qərargahının yaxınlığında güclü partlayış baş verib. Hadisə nəticəsində 10 nəfər insanın həlak olduğu, 32 nəfərin yaralandığı bildirilir. Primeinfo.az Pakistan mediasına istinadən bildirir ki, hadisə Bəlucistan əyalətinin Kvetta şəhərində baş verib.
Pakistanın Azərbaycandakı səfirliyi Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edib. Primeinfo.az-ın xəbərinə görə, səfirlik rəsmi “X” hesabında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. “Azərbaycanlı qardaşlarımız və bacılarımızla birlikdə Anım Gününü qeyd edirik.
Pakistanda ayrı-ayrılıqda baş verən iki partlayış nəticəsində 11 nəfər ölüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə hökumət rəsmiləri AFP-yə məlumat verib. Partlayışlar ölkənin Bəlucistan vilayətində meydana gəlib.