Milli Məclisin payız sessiyası üzrə son plenar iclası dekabrın 30-da keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının yekununda bildirib. O qeyd edib ki, növbəti plenar iclasın gündəliyi haqqında əlavə məlumat veriləcək.
Milli Məclisin payız sessiyasının dekabrın 26-da keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb. Primeinfo.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə ediləcək: 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb. Primeinfo.az xəbər verir ki, iclasın gündəliyinə Azərbaycanla Türkiyə Müdafiə Nazirlikləri arasındakı Anlaşma Memorandumunun, o cümlədən Azərbaycanla Ruanda arasındakı Sazişin təsdiqi də daxil olmaqla ümumilikdə 10 məsələ daxil edilib. Plenar iclas Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
Milli Məclisin dekabrın 16-na təyin edilən plenar iclasının gündəliyi açıqlanıb. Primeinfo.az xəbər verir ki, gündəliyə 10 məsələ daxil edilib: 1. “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
Milli Məclisin payız sessiyasının dekabrın 2-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Primeinfo.az xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib: 1. “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).