Avqustun 30-da Quzey Kıbrıs Türk Cümhuriyyətinin Girnə şəhərinin sahillərində qəzaya uğrayan “FiloJet” sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. Primeinfo.az “Haber Global” telekanalına istinadən xəbər verir ki, məhkəmə istintaqın davam etdiyini nəzərə alaraq şübhəlilərin həbs müddətini daha yeddi gün uzadıb. Məhkəmə iclasında gəmi qəzasının texniki səbəbləri ilə bağlı yeni və mühüm məlumatlar açıqlanıb.
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Girne şəhərinin sahillərindəbatan sərnişin gəmisində ölənlərin sayı 12-yə çatıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd olunub ki, aparılan axtarışlar nəticəsində daha 2 nəfərin meyiti sudan çıxarılıb.
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılan Azərbaycan vətəndaşları məsuliyyətli şəxslər deyillər. Primeinfo.az xəbər verir ki, bunu “Report”un Türkiyə bürosuna Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib. O deyib ki, qəza ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılanlar Azərbaycan vətəndaşları Valeh Hümbətov, Rəşad İbrahimov və Qədir Quliyev haqqında istintaq materialları toplanır: “Bu gün ikinci hazırlıq məhkəməsi keçirilib.
Quzey Kıbrıs Türk Cümhuriyyətinin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var.