Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Rumıniyaya 559,7 milyon ABŞ dolları dəyərində 1,043 milyon ton həcmində bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac olunub. Primeinfo.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 191,1 milyon dollar və ya 51,8 , həcm baxımından isə 419 min ton və ya 67,1 faiz artıb.
Türkiyə Bolqarıstan və Rumıniya ilə birgə Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün işçi qrupu qurub. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan məlumat verib. Nazir bildirib ki, Qara dənizdə gəmilərə yönəlmiş son hücumlar dəniz ticarətini ciddi təhlükə altında qoyur: “Bolqarıstan, Rumıniya və Türkiyə Qara dənizdə NATO üzvü olan üç ölkədir.
Türkiyə tərəfi Rumıniya Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə döyüş gəmisi satışı müqaviləsini imzalayıb. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, bununla da Türkiyə ilk dəfə olaraq NATO və Avropa İttifaqı üzvü olan bir ölkəyə döyüş gəmisi satışı gerçəkləşdirib. Belə ki, Türkiyə müdafiə sənayesinin ASFA şirkəti keçən il inşası tamamlanan “Akhisar” gəmisinin Rumıniya Hərbi Dəniz Qüvvələri Komandanlığına ixracını uğurla həyata keçirib.
Konstansada imzalanacaq saziş Orta Dəhlizin əhəmiyyətini artıracaq. Primeinfo.az xəbər verir ki, bunu Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Bakıda Rumıniyanın milli bayramı münasibətilə bağlı qəbulda deyib. “34 il ərzində Rumıniya–Azərbaycan əməkdaşlığı bir çox sahələrdə, o cümlədən siyasi-diplomatik, iqtisadi, enerji, nəqliyyat və kommunikasiya, mədəniyyət və təhsil sahələrində, həm də iki cəmiyyət və xalqlar səviyyəsində nəzərəçarpacaq dərəcədə inkişaf edib.
Bakıda Rumıniyanın Milli Günü və Rumıniyanın Böyük Birliyinin 107 illiyi ilə bağlı rəsmi qəbul keçirilir. Primeinfo.az xəbər verir ki, Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Qəbulda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Milli Məclisin üzvləri, ictima-siyasi xadimlər iştirak edirlər.
Rumıniya Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa Azərbaycana səfərə dəvət olunub. Primeinfo.az xəbər verir ki, bu təklif Azərbaycanın Baş prokuroru Kamran Əliyevin Rumıniyaya rəsmi səfəri çərçivəsində noyabrın 24-də bu ölkənin Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantsa ilə görüşündə səsləndirilib. Bildirilib ki, görüş zamanı Azərbaycanla Rumıniya arasında dostluq və strateji əməkdaşlıq münasibətlərinin inkişafı, prokurorluq orqanları arasında əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Rumıniyada Ukrayna ilə sərhəddə yerləşən yaşayış məntəqəsindən sakinlərin təxliyəsinə başlanılıb. Buna səbəb Rusiya tərəfindən Odessa vilayətinin cənubuna endirilən dron hücumu nəticəsində sıxılmış qaz daşıyan Türkiyə gəmisində baş verən yanğın olub. Primeinfo.az-ın məlumatına görə, “Euronews” yazır ki, hadisə Ukrayna sərhədi yaxınlığında yerləşən Plauru qəsəbəsində baş verrib.
Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Kiyevdə Azərbaycanın səfirliyinin binasının atəşə tutulmasını qətiyyətlə pisləyib.
Rusiyanın Odessa bölgəsinə hücumu zamanı PUA-lardan biri Rumıniya ərazisinə düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, PUA Ukrayna sərhədidən 5 km aralıdakı Qrindu kommunası rayonu ərazisinə düşüb.
Rumıniya Müdafiə Nazirliyi Niderland hökuməti ilə 18 ədəd F-16 Fighting Falcon döyüş təyyarəsinin lazımi avadanlıqla birlikdə alınmasına dair müqavilə imzalayıb. Primeinfo.az-ın məlumatına görə, bu barədə Rumıniyanın müdafiə naziri İonuş Musteanu sosial şəbəkədəki səhifəsində məlumat verib. O bildirib ki, bu təyyarələr yalnız Feteştidəki Avropa F-16 Təlim Mərkəzində istifadə olunacaq.