Gülnarə Xəlilovanın “Miniatürlər” və “Şəbəkə” adlı kolleksiyaları Rumıniya Parlament Sarayında nümayiş etdirilib. Primeinfo.az xəbər verir ki, tədbir Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının 30 illik yubileyinə, Türkiyə Respublikasının 102-ci ildönümünə və Türkiyə ilə Rumıniya arasında diplomatik əlaqələrin 147 illiyinə həsr olunmuş bayram mərasimləri çərçivəsində keçirilib. Tədbir GAP Jurnalistlər Birliyi və Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunub.
Rumıniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti Parlament binasında, senator Kristian-Avqustin Nikulesku-Tağârlaşın rəhbərlik etdiyi senator qrupu ilə görüşüb. MEDİA-dan Primeinfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov və nümayəndə heyətinin digər üzvləri iştirak ediblər. Görüşdə iki ölkə arasında institusional dialoqun gücləndirilməsi, media və bu sferanın hüquqi tənzimlənməsi sahəsində təcrübə mübadiləsi, eləcə də informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 29-da Rumıniya Parlamenti Senatının sədri Mirça Abrudeanı qəbul edib.
Rumıniyanın müdafiə naziri İonuç Moştyanu və Ukraynanın müdafiə nazirinin birinci müavini Sergey Boev ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. “Görüş zamanı nümayəndə heyətləri Rumıniyanın Ukraynaya göstərdiyi çoxtərəfli yardımın əsas aspektlərini nəzərdən keçirib və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsi yollarını, birgə hərbi tədqiqat layihələrini, eləcə də təlim proqramlarını və iki ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əlaqəni müzakirə ediblər”, – məlumatda qeyd olunub.