Serbiya Prezidenti Aleksandar Vuçiç regionda təhlükəsizlik vəziyyəti ilə bağlı diqqət çəkən açıqlama verib. Primeinfo.az xəbər verir ki, Vuçiç Balkanlarda bəzi ölkələrin Serbiyaya qarşı mümkün hərbi ssenarilərə hazırlaşdığını deyib. Prezident iddia edib ki, Xorvatiya, Albaniya və Kosovo Serbiyaya qarşı hücum planları qurur və bunun üçün beynəlxalq vəziyyətin daha da gərginləşməsini gözləyirlər.
Prezident İlham Əliyevin sosial media hesablarında Serbiya Respublikasına rəsmi səfəri ilə bağlı paylaşım edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri fevralın 16-da başa çatıb.
Prezident İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qeyri-rəsmi səhər yeməyində iştirak ediblər.
Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri münasibətilə paytaxt Belqradda hər iki ölkənin dövlət bayraqları instaliyasiya olunub.
Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı Prezident Aleksandar Vuçiçin adından verilən şam yeməyində Serbiyanın hərbi orkestri Azərbaycan mahnısı “Ay Laçın”ı ifa edib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X”dəki hesabında yazıb. “Bu, Azərbaycan-Serbiya münasibətlərinin ruhunu əks etdirən hörmət və dostluğun mənalı bir jestidir”, – H.Hacıyev qeyd edib.
Fevralın 15-də Azərbaycanın Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Serbiya Respublikasına rəsmi səfərə gedib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Serbiya prezidenti Aleksandr Vuçiçlə birgə keçirilən mətbuat konfransında bildirib. Ərdoğan qeyd edib ki, Serbiya prezidenti Aleksandr Vuçiçin dəvəti ilə may və iyun ayları ərzində geniş heyətlə Belqrad və Novi Pazara səfər etməyi planlaşdırırlar.
Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” 2026-cı ilin may ayının 3-dən Belqrad və Bakı arasında birbaşa uçuşlara başlayacaq.