Serbiya Prezidenti gələn il Azərbaycana gələcək
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə Azərbaycana səfər etməyi planlaşdırır.
Serbiya Prezidenti Aleksandr Vuçiç 2026-cı ildə Azərbaycana səfər etməyi planlaşdırır.
Serbiya silahlı qüvvələrinin Baş Qərargah rəisi general Milan Moysiloviç Bakıda Zəfər Gününün beşilliyi münasibətilə keçiriləcək paradda iştirak edəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri gözlənilir. Bunu Serbiya parlamentinin sədr müavini Yovan Yaniç Bakıda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan ilə Serbiya respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin artilleriyaçılarının iştirakı ilə birgə taktiki təlim keçirilib. Primeinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Serbiyada keçirilən taktiki təlimdə artilleriya bölmələri tərəfindən özüyeriyən haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edilib. NORA B-52 artilleriya qurğularından atəş təlimində hədəflər sərrast artilleriya atışları ilə məhv edilib, qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.