Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Təbrik

Azərbaycan XİN Fələstini təbrik edib - FOTO

Azərbaycan XİN Fələstini təbrik edib - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Fələstin xalqını və hökumətini Milli Gün münasibətilə təbrik edib. Primeinfo.az-ın məlumatına görə, bu barədə nazirliyin “X” səhifəsində paylaşım olunub. “Fələstin Milli Günü münasibətilə Fələstin xalqına və hökumətinə ürəkdən təbriklərimizi çatdırırıq.

Əziz Sancar Azərbaycan xalqını təbrik etdi - VİDEO

Əziz Sancar Azərbaycan xalqını təbrik etdi - VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsi Zəfər bayramının beşilliyi münasibətilə “Zəfərimiz dünyada” adlı videoçarx hazırlayıb. Primeinfo.az xəbər verir ki, videoçarxda Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışları, Azərbaycanın tarixi şəxsiyyətlərinin, Cümhuriyyətçilərin varislərinin, ölkəmizin dostlarının təbrikləri, Vətən müharibəsi və postmüharibə dövründə xaricdəki Azərbaycan icmalarının informasiya müharibəsindəki fəaliyyəti yer alıb. Zəfərimizin beşilliyi münasibətilə xalqımızı təbrik edənlər arasında Nobel mükafatçısı, türk akademik Əziz Sancar da yer alıb.

Qazaxıstan prezidenti İlham Əliyevi təbrik etdi

Qazaxıstan prezidenti İlham Əliyevi təbrik etdi

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi ölkənizin mühüm bayramı olan Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər! Sizi böyük qürur hissi və təntənə ilə qeyd etdiyimiz 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Türkiyə MN: “Azərbaycanın Zəfər Gününü ürəkdən təbrik edirik!”

Türkiyə MN: “Azərbaycanın Zəfər Gününü ürəkdən təbrik edirik!”

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. Primeinfo.az  xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında paylaşım edib. “5 il öncə Qarabağda böyük bir zəfər qazanan azərbaycanlı qardaşlarımızın 8 Noyabr Zəfər Gününü ürəkdən təbrik edir, bütün qardaşlarımıza səmimi salamlarımızı çatdırırıq.

Birol Akgün Azərbaycan xalqını təbrik etdi

Birol Akgün Azərbaycan xalqını təbrik etdi

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. “Can Azərbaycanın Zəfər Günü mübarək olsun.

Mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi təbrik edib

Mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi təbrik edib

Azərbaycanın mədəniyyət ictimaiyyəti 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az xəbər verir ki, məktubda deyilir: “Möhtərəm cənab Prezident, Azərbaycan torpaqlarının azadlığı, ərazi bütövlüyü və suverenliyinin bərpa olunması, ədalətin bərqərar olması uğrunda xalqımızın apardığı tarixi mübarizənin simvoluna çevrilmiş 8 noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Sizi təbrik edir, Azərbaycan xalqına bəxş etdiyiniz bu Qələbə üçün Sizə sonsuz ehtiram və minnətdarlığımızı bildiririk. Memarı olduğunuz bu şanlı Zəfər xalqımızın əsrlər boyu daşıdığı ədalət idealının gerçəkliyə çevrilməsi, apardığı haqq mübarizəsinin ali zirvəsi və milli iradənin tarix qarşısında təntənəsidir.

Jelka Tsviyanoviç İlham Əliyevi təbrik etdi

Jelka Tsviyanoviç İlham Əliyevi təbrik etdi

  Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Primeinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Zati-aliləri, cənab Prezident. Zəfər Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf və qürur duyur, ölkənizin davamlı tərəqqisi və rifahı naminə ən səmimi arzularımı yetirirəm.

Daha bir ölkə İlham Əliyevi  təbrik etdi

Daha bir ölkə İlham Əliyevi  təbrik etdi

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primeinfo.az-ın məlumatına görə, təbrikdə deyilir: “Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu. Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuruq.

Pakistan Prezidentindən İlham Əliyevə Zəfər Günü təbriki

Pakistan Prezidentindən İlham Əliyevə Zəfər Günü təbriki

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Primerinfo.az xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Şanlı Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.