İctimai nəqliyyatda təqaüdçülər və tələbələr üçün güzəştlər tətbiq olunacaq - AYNA
Bakı şəhərində sərnişindaşımada tamamilə nağdsız ödənişə keçiddən sonra təqaüdçülər, tələbələr üçün güzəştlər mümkün olacaq. Primeinfo.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib. Bildirib ki, ümumiyyətlə ictimai nəqliyyatda tam nağdsız sistemə keçiddən sonra yeni tarif menyusunun tətbiqi mümkün olacaq.