Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: tələbə

BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub

BANM tələbəsi 10 ən nüfuzlu universitetə qəbul olub

Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Elmir Hacızadə ABŞ və Avropanın nüfuzlu 10 universitetindən qəbul alıb. Primeinfo.az xəbər verir ki, BANM tələbəsinin qəbul aldığı universitetlər aşağıdakılardır: – Karnegi Mellon Universitetinin İnformasiya təhlükəsizliyi və İnformasiya təhlükəsizliyi siyasəti və menecment proqramları; – London İmperial Kollecinin Təhlükəsizlik və davamlılıq: elm və texnologiya proqramı; – Kolumbiya Universitetinin Süni intellekt proqramı; – Çikaqo Universitetinin İctimai siyasət proqramı; – Bristol və Birmingem universitetlərinin Kibertəhlükəsizlik proqramları; – Stokholm Universitetinin İnformasiya təhlükəsizliyi proqramı; – KU Leuven, Münster Universiteti və Tallin Texnologiya Universitetinin birgə həyata keçirdiyi “Dövlət sektorunda innovasiya və Elektron hökumət” proqramı. Elmir Hacızadə tələbəlik müddətində bir çox uğurlar qazanıb: – bp və “Prosol” şirkətlərinin təşkil etdiyi Kibertəhlükəsizlik təqaüdünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” təqaüdünə layiq görülüb.

Epşteyn milyarder oğluna ədalətdən yayınmağa necə kömək edib? – Norveçli tələbənin QƏTLİ

Epşteyn milyarder oğluna ədalətdən yayınmağa necə kömək edib? – Norveçli tələbənin QƏTLİ

Pedofil maliyyəçi Ceffri Epşteyn yəmənli milyarderin oğluna norveçli tələbə qızı zorlayıb qətlə yetirməkdə ədalətdən yayınmağa kömək edib. Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Məlumata görə, 2008-ci ilin mart ayında Londonun bahalı malikanələrindən birinin zirzəmisində 23 yaşlı Martine Vik Maqnussenin cəsədi tapılmışdı.

Magistratura imtahanında yeganə ölkə birincisi BANM tələbəsi olub

Magistratura imtahanında yeganə ölkə birincisi BANM tələbəsi olub

Magistratura Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının yekun nəticələrinə görə, ölkə üzrə ən yüksək nəticə göstərən yeganə şəxs Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub. BANM-dən Primeinfo.az-a bildirilib ki, İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva 96 bal toplayaraq ölkə birincisi adını qazanıb. BANM-ə 689,6 balla qəbul olan Elvina Əliyeva Prezident təqaüdünə layiq görülüb.

Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq

Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq

Təhsilalanlar və əcnəbilərlə də əmək müqaviləsi bağlanıla biləcək. Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb. Qanuna əsasən, təhsilalanlar istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək.

33 ölkə üzrə 231 universitetdə Dövlət Porqramı çərçivəsində təhsil almaq mümkün olacaq

33 ölkə üzrə 231 universitetdə Dövlət Porqramı çərçivəsində təhsil almaq mümkün olacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib. Primeinfo.az xəbər verir ki, yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb. Prioritet 15 ixtisas bunlardır: informasiya texnologiyaları; mühəndislik; statistika və verilənlərin təhlili; fundamental və tətbiqi elmlər; ictimai səhiyyə; təhsil; ətraf mühit; aviasiya və kosmos; dövlət idarəetməsi; nəqliyyat və logistika; energetika; iqtisadiyyat; maliyyə; arxitektura və dizayn; kənd təsərrüfatı.

Gəncədə tələbə dərs vaxtı öldü - FOTO

Gəncədə tələbə dərs vaxtı öldü - FOTO

Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib. “TodayBaku” xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb. Birinci kurs tələbəsi 2008-ci il təvəllüdlü Röyal Bayramovun səhhəti dərs vaxtı anidən pisləşib.

Dövlət sifarişi ilə oxuyanların sayı artırılacaq

Dövlət sifarişi ilə oxuyanların sayı artırılacaq

  Növbəti tədris ili üçün dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 5 min 210 nəfər artırılaraq 151 min 100 nəfərə çatdırılması nəzərdə tutulub. Primeinfo.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə qeyd olunub. Həmçinin təqaüd alan tələbələrin sayının da 7 min 520 nəfər artırılaraq 121 min 280 nəfərə çatdırılcağı nəzərdə tutulub.

Tələbələrlə təcrübə müddətində əmək müqaviləsi bağlanacaq

Tələbələrlə təcrübə müddətində əmək müqaviləsi bağlanacaq

Tələbələrlə praktika müddətində əmək müqaviləsi bağlanacaq. Primeinfo.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında Əmək Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərdə öz əksini tapıb. Layihəyə əsasən əmək müqaviləsinin bağlanma halları genişlənir.

Təhsil Tələbə Krediti Fonduna  müraciət 80 mini ötüb

Təhsil Tələbə Krediti Fonduna  müraciət 80 mini ötüb

Təhsil Tələbə Krediti Fondunun fəaliyyətə başladığı gündən (2021-ci il) bu günə qədər quruma 83 min 672 müraciət daxil olub. Primeinfo.az xəbər verir ki, həmin müddətdə qeydə alınan müraciətlərdən 67 min 566 müraciət rəsmiləşdirilib. Rəsmiləşən müraciətlərdən 23 min 467-si sosial, 44 min 99-u isə standart təhsil krediti olub.