Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyə 2 il Beynəlxalq Nəqliyyat Forumuna sədrlik edəcək - FOTO

Türkiyə 2 il Beynəlxalq Nəqliyyat Forumuna sədrlik edəcək - FOTO

Türkiyə 2027–2028-ci illər üzrə Beynəlxalq Nəqliyyat Forumuna (BNF) sədrliyi öz üzərinə götürüb. Primeinfo.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın sədrliyi çərçivəsində Bakıda keçirilmiş BNF-nin IV rüb iclasında bildirilib. Məlumata görə, eyni zamanda paytaxtda Nəqliyyatın İdarə Olunması Şurasının görüşü də baş tutub.

Türkiyə Suriyaya səfir təyin edib

Türkiyə Suriyaya səfir təyin edib

Türkiyə Suriyaya səfir təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. Bildirilib ki, bu vəzifəyə Nuh Yılmaz təyinat alıb.

Türkiyə Parlamentinin sədri Ramil Həsənlə görüşüb

Türkiyə Parlamentinin sədri Ramil Həsənlə görüşüb

Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TÜRKPA-nın Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. TÜRKPA-dan Primeinfo.az-a bildirilib ki, Numan Kurtulmuş vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə Ramil Həsənə təbriklərini çatdırıb, ona uğurlu və effektiv fəaliyyət arzu edib. Görüşdə türk dövlətlərinin Xarici İşlər nazirlikləri ilə əməkdaşlığın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatı ilə yeni əməkdaşlıq mexanizminin həyata keçirilməsi, assambleya çərçivəsində müxtəlif beynəlxalq parlament təşkilatları çərçivəsində milli parlamentlərin nümayəndə heyətlərinin koordinasiyasının gücləndirilməsi, türk dövlətləri arasında ortaq əməkdaşlığın qorunması və möhkəmləndirilməsi istiqamətində TÜRKPA-nın gələcək fəaliyyətinə dair müzakirələr aparılıb.

Ərdoğan Oman Sultanı ilə görüşdü

Ərdoğan Oman Sultanı ilə görüşdü

Omanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heytəm bin Tariq Əl Səidlə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, görüş zamanı Türkiyə ilə Oman arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Türkiyə Britaniyadan döyüş təyyarələri alıb

Türkiyə Britaniyadan döyüş təyyarələri alıb

Türkiyə “Eurofighter” döyüş təyyarələrinin alınması üçün səylərini davam etdirir. Primeinfo.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, Böyük Britaniya ilə aparılan müzakirələr nəticəsində müsbət addımlar atılıb və məqsəd satınalma prosesini müəyyən müddət ərzində başa çatdırmaqdır: “Müqavilə mərhələsi başladıqda rəsmi məlumat veriləcək.

Türkiyə bayraqları ilə Qəzzaya girdilər

Türkiyə bayraqları ilə Qəzzaya girdilər

Humanitar Yardım Fondunun təşkil etdiyi və Türkiyə bayraqları ilə bəzədilmiş yardım konvoyu Qəzza şəhərinə daxil olub. Primeinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Konvoyda əsasən ərzaq, tibbi ləvazimatlar və infrastrukturun bərpası üçün lazım olan materiallar var”, – məlumatda bildirilib.

Türkiyədə 2 sərnişin avtobusu toqquşub: 12 yaralı

Türkiyədə 2 sərnişin avtobusu toqquşub: 12 yaralı

Türkiyənin Sinop vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sinop-Samsun magistral yolunda iki sərnişin avtobusu toqquşub. Qəza nəticəsində 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Türkiyədə 8 məşhurun narkotik ​​testi müsbət çıxdı - ADLAR

Türkiyədə 8 məşhurun narkotik ​​testi müsbət çıxdı - ADLAR

İstanbulda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat çərçivəsində ifadələri alınan 12 tanınmış şəxsdən 8-nin qan və ya saç nümunələrində narkotik maddə aşkar edilib. Primeinfo.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, Dilan Polat, Derin Talu, Berrak Tüzünataç, Deren Talu, Birce Akalay, Kubilay Aka, Metin Akdülger və Kaan Yıldırımın analiz nümunələrində narkotik maddə tapılıb.