“Türkiyə dünyanın ikinci ən böyük nadir torpaq elementləri ehtiyatına sahibdir”. Primeinfo.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Dövlət başçısı ölkəsinin nadir torpaq elementləri və nüvə enerjisi sahəsində strateji planlarından danışıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Rusiya Prezidenti Vladimir Putinin ölkəsini təhdid etməsi ilə bağlı xəbəri şərh edib. Primeinfo.az xəbər verir ki, o, partiyanın idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında bu iddiaların həqiqətə uyğun olmadığını bildirib. “Putin Türkiyəni təhdid etməyib.
Türkiyədə İstanbul Jandarma Komandanlığının Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən məşhurlara qarşı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə istintaq davam edir. Primeinfo.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, istintaq çərçivəsində saxlanılan məşhurlar qan analizi verdikdən və ifadələri alındıqdan sonra sərbəst buraxılacaqlar. Məşhur sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polatın vəkili Sevinç Orazın sözlərinə görə, istintaq işi ilə bağlı məxfilik qərarı verilib.
Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə görüşü 2026-cı ildə Türkiyədə, Qeyri-rəsmi Zirvə Görüşü isə Qazaxıstanda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə məlumat Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub. Vurğulanıb ki, bu barədə məsələ oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində Azərbaycan, Qazax, Qırğız, Türk və Özbək dillərində təsdiqlənib.
Türkiyə bu gün yenidən silkələnib. Primeinfo.az xəbər verir ki, bu barədə qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, Türkiyənin Tekirdağ vilayətinin Marmaraereğlisi sahilləri yaxınlığında 3,5 bal gücündə zəlzələ qeydə alınıb.
“Türkiyənin Fələstinlə bağlı həssaslığını bütün dünya bilir”.
“Türkiyədə FETÖ terror təşkilatına qarşı növbəti əməliyyatlarda 91 nəfər şübhəli saxlanılıb, onlardan 64 nəfəri həbs edilib”. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerlikaya “X” platformasında məlumat verib. Nazirin sözlərinə görə, Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatlar son iki həftə ərzində Türkiyənin 30-a yaxın şəhərini əhatə edib.
İstanbulda – Mərmərə dənizində 5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Türkiyənin Tekirdağ vilayətinin Marmaraereğlisi bölgəsidir. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Baş İdarəsindən (AFAD) məlumat yayıb.
“Azərbaycanın vəsaiti ilə yaradılan bəzi media qurumlarında, eləcə də Türkiyədə fəaliyyət göstərən “Haber Global” telekanalında heç də hər zaman regional siyasətdə ölkənin maraqları qorunmur”.
Azərbaycanla bağlı dezinformasiya yayan türkiyəli musiqiçi Tuğberk Işık hava limanında saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında paylaşıb. Bildirib ki, dünən axşam İspaniyaya getmək üçün gəldiyi hava limanında saxlanılıb və ifadə vermək üçün şöbəyə aparılıb.