Türkiyə Diyarbəkirdə neft hasilatına başlayacaq. Primeinfo.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar deyib. “Bu, ölkənin artan tələbatı ödəmək üçün enerji istehsalını inkişaf etdirmək səylərinin bir hissəsidir.
“Ermənistan bu gün Türkiyə ilə Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazırdır”. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. “Biz artıq bu gün Türkiyədən Marqara və Xndzoresk vasitəsilə Azərbaycana və əks istiqamətdə yük maşınlarının tranzitini təmin etməyə hazırıq”, – o qeyd edib.
Türkiyənin Bursa şəhərində rusəsilli, 20 yaşlı Arzu Xəlilova 75 bıçaq zərbəsi ilə qətlə yetirilib. Primeinfo.az xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb. Məlumata görə, hadisə Yıldırım rayonunun Değirmenlikızık məhəlləsində yerləşən evdə baş verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirilən çıxışında bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə əlavə 250 ədəd yerli istehsal “Altay” tankının verilməsi planlaşdırılır. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. Prezident Ərdoğan qeyd edib ki, artıq yerli döyüş tankının ilk partiyası ordunun istifadəsinə təqdim olunub: “Biz növbəti altı il ərzində daha 250 “Altay” tankının Silahlı Qüvvələrin inventarına daxil edilməsini hədəf kimi müəyyən etmişik”.
Türkiyənin Balıkesir vilayətində 4,9 maqnitudalı zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 11 kilometr dərinlikdə olub.
İstanbul şəhərində Türkiyənin təşəbbüsü ilə Qəzza Zirvəsi başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Zəfər paradında iştirak etmək üçün Azərbaycana gələcək. Primeinfo.az Teleqraf-a istinadla xəbər verir ki, səfər noyabrın 7-ə planlaşdırılıb. Qeyd edək ki, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.
Qarabağa növbəti media səfəri təşkil olunub. Türkiyə KİV-in Qars, Ərzurum və İğdırdan olan 15 nəfərlik nümayəndəsi Ağdam, Xocalı və Xankəndi şəhərlərinə səfər ediblər. Primeinfo.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfər çərçivəsində jurnalistlər ilk olaraq Xocalının Əsgəran qalasında olublar.
“Ermənistan Azərbaycanla olan şərtlərini tamamilə yerinə yetirdikdən sonra Türkiyə Ermənistan münasibətlərindən danışmaq olar”.
Ərdoğan Nazirlər Kabinetini toplayır: Ukrayna müzakirəsi Ana səhifə Planet 12 Punto 14 Punto 16 Punto 18 Punto Ərdoğan Nazirlər Kabinetini toplayır: Ukrayna müzakirəsi Ukrayna münaqişəsi bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Prezident Administrasiyasındakı mənbə deyib. “Ukraynadakı münaqişənin həlli məsələsi daim cənab prezidentin diqqət mərkəzindədir.