Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Yəmən

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları Qırmızı dəniz sahilində strateji əhəmiyyətə malik Mokha limanına raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər. Primeinfo.az  xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziya kanalı Yəmən hərbi mənbələrinə istinadla məlumat yayıb. Hücuma görə məsuliyyəti üzərinə götürən husilər liman ərazisində Səudiyyə Ərəbistanını dəstəkləyən qüvvələrin hərbi bazasını hədəf aldıqlarını iddia ediblər.

Yəmən ordusu Səna aeroportunun uçuş-enmə zolağını vurub - YENİLƏNİB

Yəmən ordusu Səna aeroportunun uçuş-enmə zolağını vurub - YENİLƏNİB

Yəməndə Səna beynəlxalq hava limanına hücumun məqsədi İrandan gələn təyyarənin enişinə maneə törətmək olub. Primeinfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Yəmən Müdafiə Nazirliyi məlumat yayıb. Yəmən ordusu İran təyyarəsinin enişini dayandırmaq üçün Səna hava limanının uçuş-enmə zolağını hədəfə aldığını bildirib.

Yəmənin keçmiş prezidenti Səudiyyə Ərəbistanında vəfat edib

Yəmənin keçmiş prezidenti Səudiyyə Ərəbistanında vəfat edib

Yəmənin keçmiş Prezidenti Əbül Rəbbuh Mənsur Hadi Səudiyyə Ərəbistanında vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə AFP agentliyi Yəmən prezidentliyindəki mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, 80 yaşlı Hadi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda qəfil sağlamlıq problemi nəticəsində ölüb.

Müharibə başlayandan bəri İsrailə ilk raket hücumu etdilər

Müharibə başlayandan bəri İsrailə ilk raket hücumu etdilər

Yəmənin “Ənsar Allah” hərəkatının husiləri yeni Körfəz müharibəsi başlayandan bəri İsrailə ilk raket zərbəsini endirib. Primeinfo.az xəbər verir ki, bu haqda hərəkat məlumat yayıb. “Yəmən qüvvələri İsrailin mühüm hərbi hədəflərinə ballistik raketlər atıb”, – bildirilib.

Yəmən ABŞ və İsraili hədələdi

Yəmən ABŞ və İsraili hədələdi

Yəmən strateji əhəmiyyətli Bab əl-Məndəb boğazını ABŞ və İsrail gəmiləri üçün bağlamaqla hədələyib. Primeinfo.az İranın “Press TV” telekanalına istinadən xəbər verir ki, bu haqda Yəmənin yüksək rütbəli hərbi komandiri Abed əl-Səvr bildirib. Qeyd edək ki, Bab əl-Məndəb boğazı Ərəbistan yarımadasının (Yəmən) cənub-qərb hissəsi ilə Afrikanın şimal-şərq hissəsi (Cibuti və Eritreya) arasında yerləşir.

Azərbaycan XİN: Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik

Azərbaycan XİN: Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində göstərdiyi səyləri alqışlayır. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib. Qeyd olunub ki, Yəməndə mövcud vəziyyət təmkinli davranmağın, kollektiv fəaliyyətə, dialoqa və sülh yolu ilə həllərə üstünlük verməyin zəruriliyini önə çıxarır.

İsrail ordusu Yəmənə hava zərbələri endirir

İsrail ordusu Yəmənə hava zərbələri endirir

İsrail Yəmənə hücum edir. Primeinfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “Al Masirah” kanalı məlumat yayıb. Bildirilib ki, İsrail qırıcıları hazırda Yəmənin Hüdeyda şəhərinə hücum edir.