Xəbər axtarın

Son axtarış nəticələri:

Xankəndi Şəhər Məhkəməsinə sədr təyin edilib

26.05.2026 20:34

Xankəndi Şəhər Məhkəməsinə sədr təyin edilib

Xankəndi Şəhər Məhkəməsinə sədr təyin edilib.

Primeinfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncamında öz əksini tapıb.

Sərəncama əsasən, Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.

Paylaş: