Xəbər axtarın

Son axtarış nəticələri:

Britaniya Azərbaycana yeni səfir təyin edib

02.03.2026 14:55

Britaniya Azərbaycana yeni səfir təyin edib

Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri Dunkan Norman təyin edilib.

Primeinfo.az xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

“Britaniyanın Azərbaycandakı növbəti səfiri təyin olunmaqdan şərəf duyuram! Britaniya-Azərbaycan tərəfdaşlığını dərinləşdirmək məqsədilə ikitərəfli münasibətlərimizin əsasları üzərində irəliləməyi və ortaq prioritetlərimiz üzrə mühüm işi davam etdirməyi səbirsizliklə gözləyirəm”, – deyə səfir əlavə edib.

Qeyd edək ki, yeni səfir Dunkan Norman 2026-cı ilin may ayında vəzifəsini icra etməyə başlayacaq.

 

Paylaş: