
Sabah DÇ-2026-nın D qrupunda Türkiyə millisi 2-ci tur matçına çıxacaq.
Primeinfo.az xəbər verir ki, Türkiyə yığmasının rəqibi Paraqvay millisidir.
ABŞ-nin Santa Klara şəhərində yerləşən Levi’s stadionunda keçiriləcək qarşılaşmanı Salvadordan olan hakim İvan Barton idarə edəcək.
Görüş iyunun 20-si Bakı vaxtı ilə saat 07:00-da başlayacaq.
Qrupun ilk turunda Türkiyə millisi Avstraliyaya 0:2 hesabı ilə uduzub. Paraqvay isə ABŞ yığmasına 1:4 hesabı ilə məğlub olub.