Xəbər axtarın

Son axtarış nəticələri:

Kobaxidze: "Gürcüstan Azərbaycan və Türkiyə ilə münasibətləri dərinləşdirməyə davam edəcək"

02.06.2026 16:48

Kobaxidze: "Gürcüstan Azərbaycan və Türkiyə ilə münasibətləri dərinləşdirməyə davam edəcək"

Gürcüstan gələcəkdə də Azərbaycan və Türkiyə ilə münasibətləri dərinləşdirməyə böyük diqqət yetirəcək.

Primeinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkə ilə birgə layihələrin həyata keçirilməsi və əlaqələrin möhkəmləndirilməsi Gürcüstan üçün əsas prioritet olaraq qalır.

Kobaxidze qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi Gürcüstan, Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafına daha da təkan verəcək.

“Bağlantı bizim ən böyük güclü tərəflərimizdən biridir. Biz bundan maksimum dərəcədə yararlanmalı və inkişaf etdirməyə davam etməliyik. Bu layihə digər layihələrlə yanaşı, üç ölkənin bir-biri ilə nə qədər sıx əməkdaşlıq etdiyinin ən yaxşı göstəricisidir”, – Baş nazir əlavə edib.

Paylaş: