
“Rusiya Ermənistanda fərqli nəticələr gözləyirdi. Düşünürdü ki, müxalifət partiyaları Paşinyandan daha çox səs toplayacaq, koalisyon hökumət quracaqlar və Rusiya Ermənistanda hakimiyyəti ələ keçirəcək. Lakin bütün bu arzular baş tutmadı. Ermənistanı ələ keçirə bilmədiyinə görə narahat və qəzəblidirlər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hüquqşünas, siyasətçi Əli Mustafa Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Ermənistan artıq Avropa İttifaqına üzvlüklə bağlı qanun qəbul etsə də, eyni zamanda Avrasiya İqtisadi İttifaqında qalmaq istəyir. Onun sözlərinə görə, bu vəziyyət uzun müddət davam edə bilməz və İrəvan seçim etməli olacaq.
Lavrov xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin bu məsələ ilə bağlı qərarın operativ şəkildə aydınlaşdırılmasının vacibliyini vurğulayıb.
Davamı “Qırmızı masa”da: