Xəbər axtarın

Son axtarış nəticələri:

"Azərbaycan dilini öyrənmək ən yaxşı qərarlarımdan biridir" - Böyük Britaniya səfiri

21.08.2026 13:35

"Azərbaycan dilini öyrənmək ən yaxşı qərarlarımdan biridir" - Böyük Britaniya səfiri

“Mən bura gəlməzdən xeyli əvvəl Azərbaycan dilini öyrəndim, sonra isə bir müddət Gəncədə bir ailə ilə yaşadım. Mən hələ də öyrənirəm, çünki Azərbaycan dilimin hələ kifayət qədər yaxşı olduğunu düşünmürəm”.

Primeinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman bu gün mətbuat konfransında bildirib.

O qeyd edib ki, ingilisdilli insan üçün Azərbaycan dilini öyrənmək asan deyil. Bununla belə, o, bu prosesi dəyərli və faydalı bir təcrübə hesab edir və dərslərini məmnuniyyətlə davam etdirir.

“Sizin dilinizi öyrənmək həqiqətən də xoşuma gəlir. Azərbaycan dili çox zəngindir, onun quruluşu çox xoşuma gəlir. Azərbaycan dilini öyrənmək karyeram ərzində qəbul etdiyim ən yaxşı qərarlardan biri oldu”.

Paylaş: