Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda baş redaktor vəfat etdi

18.08.2026 10:24

Azərbaycanda baş redaktor vəfat etdi

Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) 58 yaşında vəfat edib.

Primeinfo.az xəbər verir ki, bu barədə onun keçmiş həmkarı, jurnalist Nailə Balayeva məlumat yayıb.

Ədalət İsmayılov 1968-ci il fevralın 1-də Gürcüstanın Dmanisi şəhərində anadan olub. O, 1990-1996-cı illərdə A.M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Hələ tələbəlik dövründən jurnalistikaya həvəs göstərib.

BBC-nin Bakı ofisində, “Elm”, “İntibah”, “Əlillər”, “Kaspi”, “New Baku Post”, BBC radiosu və digər mətbuat qurumlarında çalışıb. 2019-cu ildən “Əqli mülkiyyət” jurnalının baş redaktoru idi.

Ə.İsmayılov bədii yaradıcılıqla da məşğul olub, bir neçə kitabın müəllifidir.

Allah rəhmət eləsin!

Paylaş: