
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Al Jazeera” telekanalına özəl müsahibəsində Hörmüz boğazının açılmasının Ankara üçün prioritet olduğunu bildirib.
Primeinfo.az xəbər verir ki, Türkiyə lideri boğazın bağlı qalmasının heç bir ölkənin maraqlarına cavab vermədiyini vurğulayıb.
“Hörmüz boğazından keçidin pulsuz və rüsumdan azad olaraq həyata keçirilməsini istərdik. Bu daha uyğun və praktik bir yanaşmadır. Əminəm ki, qlobal gəmiçilik və ticarətə müsbət təsir göstərəcək”, – deyə o əlavə edib.
Ərdoğan regionda hərbi əməliyyatların dayandırılması istiqamətində Qətərin mühüm rol oynadığını qeyd edib.