
Milli Qəhrəman, şəhid Şükür Həmidovun qızı Əzizənin toyu olub.
Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Əzizə xanım Nicat adlı bəylə ailə qurub.
Bakıvaxtı.az-ın məlumatına görə, toyda generallar, dövlət məmurları, tanınmış ictimai şəxslər iştirak ediblər.
Müdafiə nazirinin birinci müavini, Ordunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Aprel döyüşləri və Vətən müharibəsinin komandanlarından olan general-leytenant Mayis Bərxudarov, Abşeron RİH başçısı Abidin Fərzəliyev və digərləri toyda rəqs ediblər.
Qeyd edək ki, Şükür Həmidov Aprel döyüşlərində “Lələtəpə”nin alınması uğrunda gedən döyüşlərdə şücaət göstərib.
Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına (sağlığında) layiq görülüb.
Şükür Həmidov Vətən Müharibəsində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.