Xəbər axtarın

Son axtarış nəticələri:

Nikah və boşanmaların sayı azalıb

17.08.2026 16:51

Nikah və boşanmaların sayı azalıb

Bu ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 19 224 nikaha daxilolma və 9 776 boşanma halları qeydə alınıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 3,8-ə, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (4,8), Qarabağ (4,6), Bakı, Dağlıq Şirvan və Qazax-Tovuz (4,0), LənkəranAstara (3,9) iqtisadi rayonlarında ölkə göstəricisindən (3,8) yüksək olub.

Paylaş: