Xəbər axtarın

Son axtarış nəticələri:

Suriya və Rusiya hərbi bazalarla bağlı memorandum imzalayıb

09.08.2026 18:05

Suriya və Rusiya hərbi bazalarla bağlı memorandum imzalayıb

Suriya və Rusiya ölkədəki Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Primeinfo.az xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bir il yarım davam edən intensiv danışıqlardan sonra Xmeymim və Tartusdakı Rusiya hərbi bazalarının taleyi rəsmən müəyyənləşib.

Suriya Xarici İşlər Nazirliyi bu razılaşmanın iki ölkə arasındakı münasibətlərdə yeni bir fəsil açacağına ümid etdiyini bildirib.

Əldə olunan razılaşmaya əsasən, sözügedən Rusiya bazaları gələcəkdə birgə hərbi təlim mərkəzlərinə çevriləcək.

Paylaş: