Xəbər axtarın

Son axtarış nəticələri:

Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb - FOTO

18.08.2026 10:51

Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb - FOTO

Fövqəladə Hallar Nazirliyi Tovuzda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Qurumdan Primeinfo.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun meyiti və qəza nəticəsində su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb - FOTO Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb - FOTO Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb - FOTO Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb - FOTO Tovuzda avtomobil su kanalına düşüb, 2 nəfər ölüb - FOTO

 

Paylaş: