Xəbər axtarın

Son axtarış nəticələri:

Zığ şosesində yük maşını aşdı - YENİLƏNİB

01.10.2026 10:41

Zığ şosesində yük maşını aşdı - YENİLƏNİB

Bakının Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi səbəbindən tətbiq edilən məhdudiyyət aradan qalıdırılıb.

Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

***

30 sentyabr, 23:10

Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilir ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb.

Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.

 

Paylaş: