Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

30.10.2026 18:31

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib.

Primeinfo.az xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla başlayıb.

Milli geyimli rəqqaslar müxtəlif kompozisiyalarla çıxış ediblər. Həmçinin çoxsaylı ifaçıların iştirakı ilə kütləvi rəqs nömrələri və səhnə performansları nümayiş olunub.

Qeyd edək ki, ilk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib. Turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar.

A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçirilir.

***

17:46

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının bağlanış mərasimi başlayıb.

Primeinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbir bədii proqramla start götürüb.

Qeyd edək ki, ilk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirib. Turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.

Paylaş: