Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir - FOTO - VİDEO

14.09.2026 10:28

Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir - FOTO - VİDEO

Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Müsəlman dini liderlərinin 7-ci Görüşü başlayıb.

Primeinfo.az xəbər verir ki, tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, “Qurani-Kərim” tilavət olunub.

Görüşə sədrlik edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə salamlama nitqi ilə çıxış edib.

Görüşdə müsəlman dini qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi, ailə institutunun qorunması və möhkəmləndirilməsi, elm və texnologiyaya İslamın yanaşması, eləcə də digər aktual məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərləri Şurasının VII görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak edirlər.

Ümumilikdə isə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar.

Paylaş: