Xəbər axtarın

Son axtarış nəticələri:

Sankt-Peterburqa edilən kütləvi dron hücumu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb - YENİLƏNİB

18.10.2026 12:15

Sankt-Peterburqa edilən kütləvi dron hücumu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb - YENİLƏNİB

Ukrayna Silahlı Qüvvələrinin Sankt-Peterburqa etdiyi kütləvi dron hücumu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Primeinfo.az xəbər verir ki,bu barədə Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov bildirib.

Onun sözlərinə görə, PUA hücumu nəticəsində 12 mənzilli bina və iki şəxsi evə ziyan dəyib.

Qubernator qeyd edib ki, xilasedicilər Sankt-Peterburq Neft Terminalında, Ruçyi neft anbarında və Kolpino rayonundakı sənaye anbarlarında yanğınları söndürməyə davam edirlər.

***

10:30

Rusiyanın Leninqrad vilayətinə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 20 minə yaxın sakin elektrik enerjisiz qalıb.

Primeinfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.

Onun sözlərinə görə, Qatçina şəhərində vurulan dronlardan birinin qalıqları çoxmənzilli yaşayış binasının üzərinə düşüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Vilayətin Vsevolojsk rayonunda isə dron qalıqlarının yaşayış binasının üzərinə düşməsi nəticəsində bir qadın və üç uşaq xəstəxanaya yerləşdirilib. Drozdenko bildirib ki, Leninqrad vilayəti üzərində ümumilikdə 135 PUA vurulub. Dron hücumları səbəbindən Sankt-Peterburqun Pulkovo hava limanında da uçuşlar məhdudlaşdırılıb. Hava limanının elektron məlumat lövhəsinə əsasən, 15 aviareys ləğv edilib, daha 25 reysin uçuşu gecikir.

Paylaş: